AZ

Ayaq qoxusunun əsas səbəbi TAPILDI

Ayaq qoxusu yayda daha da can sıxıcı hal alır. Mütəxəssislər xəbərdarlıq edir: əsas səbəb təkcə tərləmə deyil, ayağın hava almamasıdır. Ən böyük səhv isə nəfəs almayan ayaqqabılar geyinməkdir.

News24.az xəbər verir ki, sintetik ayaqqabılar və çoraplar təhlükə yaradır.

Hava keçirməyən, sintetik materiallardan hazırlanmış ayaqqabılar ayağın gün boyu isti və rütubətli qalmasına səbəb olur. Bu da bakteriyaların çoxalması və kəskin qoxu ilə nəticələnir. Eyni şey naylon və polyester çoraplara da aiddir. Mütəxəssislər pambıq və ya bambu tərkibli çoraplardan istifadəni tövsiyə edir.

Ən çox edilən 4 səhv

1. Eyni ayaqqabını günlərlə geyinmək

2. Ayağı tam bürüyən idman ayaqqabısını uzun saatlarla istifadə etmək

3. Nəm ayaqqabı və çorapla gəzmək

4. Ayağın düzgün yuyulmaması və qurudulmamasAyaq qoxusuna qarşı 5 təsirli addım

Ayaqqabıları hər istifadədən sonra havalandırın

Eyni ayaqqabını ardıcıl geyinməyin

Antibakterial sprey və pudralardan istifadə edin

Ayaqlarınızı hər gün sabunla yuyub qurulayın

Yayda açıq ayaqqabılara üstünlük verin

Əsas düşmən: bakteriyalar

Ayaq qoxusu sadəcə narahatlıq deyil, bakterial tarazlığın pozulmasının göstəricisidir. Uzun müddətli və şiddətli qoxu hallarında dermatoloqa müraciət etmək vacibdir. Əks halda problem mantar və dəri infeksiyalarına çevrilə bilər.

Xeyrənsə Piriyeva

Seçilən
45
news24.az

1Mənbələr