AZ

Axtarışda olan şəxs silahlı müqavimət göstərdiyinə görə polis silah tətbiq edib

Axtarışda olan, əvvəllər dəfələrlə məhkum olunmuş 30 yaşlı Fərid Məmmədov Gəncə şəhərində saxlanılarkən polis əməkdaşlarına silahlı müqavimət göstərərək qaçmağa cəhd edib.

Operativ Media xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib ki, polis əməkdaşları tərəfindən xidməti tabel silahı tətbiq etməklə cəhdin qarşısı alınıb. Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
86
45
operativmedia.az

10Mənbələr