AZ

Yeni təhsil proqramları və ixtisaslaşma istiqamətləri təsdiq edilibVİDEO

"Magistratura səviyyəsində yeni təhsil proqramları və ixtisaslaşma istiqamətləri təsdiq edilib".

Xezerxeber.az-ın məlumatına görə, bu fikirləri elm və təhsil nazirinin müavini İdris İsayev "Yeni ali təhsil proqramlarının hazırlanması" məqsədilə yaradılmış komissiyanın 3-cü iclasında jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, magistratura səviyyəsində təhsilin məzmununun təkmilləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Yeni təhsil proqramları və ixtisaslaşma istiqamətləri təsdiq edilib.

Nazir müavini bildirib ki, ali təhsilin bakalavriat səviyyəsi üzrə 153 ixtisas, ali tibb baza təhsili üzrə 3 ixtisas, magistratura səviyyəsi üzrə 129 ixtisas, rezidentura təhsili səviyyəsi üzrə 44 ixtisas təsdiq edilib: “Bu yenilənmənin əsas məqsədi odur ki, təhsil proqramları əmək bazarının tələblərinə uyğun olsun”.

Nazir müavini dövlət başçısının imzaladığı ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncamını da şərh edib. Sərancamla beynəlxalq ikili diplom proqramlarının əhatə dairəsi 6-dan 8-ə çatdırılacaq.

Nazir müavini bildirib ki, beynəlxalq ikili diplom proqramlarının əsas məqsədi Azərbaycan ali təhsil sisteminin beynəlxalq ali təhsil sisteminə inteqrasiyasının təmin edilməsidir. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
120
xezerxeber.az

1Mənbələr