AZ

Almaniya Ukraynaya yardımın davam etdirilməsi şərtini açıqladı

BAKI, 23 iyul. TELEQRAF

Almaniya hökuməti Ukraynanın antikorrupsiya islahatları sahəsində səmərəli fəaliyyət göstərməli olduğunu vurğulayıb.

Teleqraf xəbər verir ki, bu barədə Almaniya hökumətinin rəsmi nümayəndəsi Stefan Kornelius açıqlama verib.

Kornelius qeyd edib ki, əgər Kiyevdə korrupsiya ilə bağlı yayılan məlumatlar təsdiqlənərsə, bu, Almaniya tərəfindən Ukraynaya silah ixracı məsələlərinə təsir edə bilər.

"Federal hökumət həmişə vurğulayıb ki, Ukraynada antikorrupsiya qurumlarının müstəqilliyi və effektivliyi aparılan islahatların əsas nailiyyətlərindən biridir. Ukrayna gələcəkdə özünü məhz bu meyarlara uyğun olaraq yoxlamalı olacaq", – deyə Kornelius bildirib.

Xatırladaq ki, Ukrayna prezidenti Vladimir Zelenski daha əvvəl Ali Rada tərəfindən qəbul edilmiş və ölkənin iki əsas antikorrupsiya qurumu – Milli Antikorrupsiya Bürosu (NABU) və İxtisaslaşdırılmış Antikorrupsiya Prokurorluğunun (SAPO) səlahiyyətlərini məhdudlaşdıran qanun layihəsini imzalayıb.

Seçilən
94
1
teleqraf.com

3Mənbələr