AZ

Silahları təhvil vermək üçün Hizbullaha möhlət verilib

Qahirə, 23 iyul, AZƏRTAC

ABŞ-ın xüsusi elçisi Tom Barak Hizbullahın silahlarının mərhələli təhvili üçün Livan hökumətindən vaxt cədvəli tələb edib.

AZƏRTAC “əl-Arabiyyə” telekanalına istinadla xəbər verir ki, silahların ən gec oktyabr ayınadək Livan ordusuna təhvil verilməsi istənilir.

Kanal öz mənbələrinə istinadla bildirir ki, Hizbullah Livan parlamentinin spikeri Nəbih Berri vasitəsilə bu tələbə mənfi cavab verib. Təşkilat bunu hər hansı zəmanətin olmaması ilə əsaslandırır və tərk-silah olmamağı Suriyanın Suveyda regionunda baş verən son hadisələrlə əlaqələndirir.

Eyni zamanda, Livan Prezidenti Cozef Aun dünən bildirib ki, silahların dövlətə təhvil verilməsi barədə qərar artıq verilib və geriyə yol yoxdur.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Seçilən
61
1
azertag.az

2Mənbələr