AZ

"Oyun hələ başlamayıb, şanslar bərabərdi" - Elmar Baxşıyev

Konfrans Liqasının 2-ci təsnifat mərhələsində ölkəmizi təmsil edəcək “Araz-Naxçıvan” “Aris”lə qarşılaşacaq.

“Football-plus.az” xəbər verir ki, Naxçıvan təmsilçisinin futbolçusu Urfan Abbasov oyunöncəsi mətbuat konfransında jurnalistlərin önünə çıxıb.

– Sabah bizi ağır oyun gözləyir. Yaxşı hazırlaşmışıq. Ümid edirik ki, qələbə qazanacağıq.

– “Aris”in üstünlüyü təcrübəsidi. Bəs “Araz-Naxçıvan”ın üstünlüyü nədi?
– Rəqibi təhlil etmişik. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq.

Daha sonra Elmar Baxşıyev jurnalistlərin suallarını cavablayıb.

– Oyunun mahiyyətini hamımız dərk edirik. Ümidli və inamlıyıq. Biz də yaxşı komandayıq. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq.

– Bu gün sizi narahat edən nədi?
– Yaxşı hazırlıq keçmişik. Yaxşı futbolçularımız var. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq.

– “Araz-Naxçıvan” Avropada debütant olsa da, avrokubok təcrübəsi olan futbolçular var. Bu, komandaya təsir edə bilərmi?
– Düzdü, yaxşı futbolçulara sahibik. Oyun planında yaxşı komanda formalaşdırmışıq. Komanda olaraq qələbə qazanmağa çalışacağıq. Sərəncamımda olan futbolçuları mən istəmişəm. Mənim fəlsəfəmlə uyğun futbolçulardı. Təlim-məşq toplanışında və yoxlama oyunlarından sonra bizə uyğun olduqlarını gördük.

– Rəqibin oyunlarını izləyə bildiz? Necə təhlil etmisiz?
– Bütün oyunlarını izləmişik. Futbol statistika üzərində qurulmayıb. Bizim üçün ən önəmlisi özümüzük. Keyfiyyətli komandadı, hörmət edirik. Amma fikrimizi özümüzə yönəltmişik.

– “Aris”lə oyun üçün şansları necə dəyərləndirirsiz?
– Yaxşı klubdu. Keyfiyyətli futbolçuları var. Öz dəsti-xətləri var. Oyun hələ başlamayıb, şanslar bərabərdi.

Seçilən
43
football-plus.az

1Mənbələr