AZ

ABŞ Milli Nüvə Təhlükəsizliyi İdarəsinə haker hücumu oldu


“Microsoft SharePoint” proqram təminatına haker hücumu ABŞ Energetika Nazirliyinin Milli Nüvə Təhlükəsizliyi İdarəsinə də təsir edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə mənbəyə istinadla “Bloomberg” agentliyi məlumat yayıb.
Məlumata görə, cinayətkarlar məxfi məlumatlara giriş əldə edə bilməyiblər.
Energetika Nazirliyi agentliyə haker hücumunun nazirliyə minimal təsir göstərdiyini və mütəxəssislərin təsirə məruz qalmış sistemləri bərpa etdiyini bildirib.
“Bloomberg”in məlumatına görə, hakerlər ABŞ Təhsil Nazirliyinə, bir sıra dövlət səviyyəli agentliklərə, Avropa və Yaxın Şərq ölkələrinin hökumətlərinə məxsus sistemlərə də təsir edib.
Seçilən
101
yeniavaz.com

1Mənbələr