AZ

"Zirə" avrokuboklara heç-heçə ilə başladı

Azərbaycan təmsilçisi "Zirə" UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda Xorvatiyanın "Hayduk" komandası ilə qarşılaşıb.

90deqiqe.Az xəbər verir ki, Bakı klubu avrokuboklardakı cari mövsümdə ilk rəsmi matçına çıxaraq doğma meydanda rəqibi ilə 1:1 hesablı heç-heçə edib.

8-ci kilometr stadionunda keçirilən qarşılaşmada Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda ilk hissədə üstünlüyü ələ alaraq hesabı açıb. "Zirə"nin yeganə qolunu 31-ci dəqiqədə Brahim Konate vurub. Lakin ikinci hissədə qonaqlar təşəbbüsü ələ keçirərək 68-ci dəqiqədə Antoni Kalikin qolu ilə hesabda tarazlıq yaradıblar.

Qarşılıqlı hücumlar şəraitində keçən matçda hər iki komanda qol imkanları yaratsa da, əlavə qola imza atmaq mümkün olmayıb. Beləliklə, ilk görüş heç-heçə ilə başa çatıb.

Qeyd edək ki, cavab oyunu iyulun 30-da Xorvatiyada keçiriləcək.

Seçilən
39
90deqiqe.az

1Mənbələr