UNEC-də magistratura səviyyəsində sənəd qəbulu 24 iyuldan 1 avqustadək elektron qaydada aparılacaq!
QHT.az xəbər verir ki, Magistraturaya qəbul olanlar sənədlərini elektron formada UNEC-in rəsmi səhifəsinə (unec.edu.az) daxil olaraq, “Tələbə kabineti” qeydiyyat bölməsinə keçid almaqla (kabinet.unec.edu.az) sistemə yükləməlidir.
Bundan əlavə, bakalavrlar mütləq portal.edu.az saytından da qeydiyyatdan keçməlidirlər.