AZ

Rusiyada “Baza” “Telegram” kanalınınbaş redaktoru həbs edildi


Moskvanın Zamoskvoretski Rayon Məhkəməsi bir qrup şəxs tərəfindən qabaqcadan razılaşma yolu ilə rüşvət verməkdə təqsirləndirilən “Baza” “Telegram” kanalının baş redaktoru Qleb Trifonov barəsində 1 ay 27 gün müddətinə həbs qətimkan tədbiri seçib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
“Məhkəmə müstəntiqin vəsatətini təmin edib və Qleb Trifonov barəsində 1 ay 27 gün müddətinə həbs qətimkan tədbiri seçilib”, - məhkəmə qərarında deyilir.
Digər tərəfdən, Trifonovun vəkili Aleksey Mixalçik bildirib ki, o əvvəlcə “Kapotnya” istintaq təcridxanasına, oradan isə “Matrosskaya Tişina” istintaq təcridxanasına göndəriləcək.
Seçilən
107
yeniavaz.com

1Mənbələr