Rəşad Sadıqov: “Cavab oyunu hər şeyi göstərəcə"
– Hərəkətli və bərabər səviyyəli oyun oldu. Hər iki komanda bir-birinin səhvini gözləyirdi. Amma elə alındı ki, səhvi rəqib yaratdı və bundan faydalandı. Bizim də bir neçə real hücumumuz oldu, amma onlardan istədiyimiz kimi istifadə edə bilmədik. Zirə isə bir epizodda yaxşı kombinasiya qurdu və həmin hücumdan qol çıxardı.
– Ümumən komandanın çıxışından razı qaldım. Taktiki baxımdan futbolçular verdiyimiz tapşırıqları yerinə yetirdilər. Aydın məsələdir ki, mərhələnin taleyi cavab oyununda həll olunacaq.
– Bu oyun sizə keçən ilki Osijek qarşılaşmasını xatırlatdımı?
– Bəli, müəyyən oxşarlıqlar var. Keçən il də kifayət qədər qol epizodumuz olmuşdu, amma istifadə edə bilmədik. Osijek isə əlinə düşən imkanları dəyərləndirmişdi. Bu gün də bizdə fürsətlər oldu, amma son nöqtəni qoya bilmədik.
– Xarici mütəxəssislər Zirəni mərhələ keçə biləcək komanda kimi dəyərləndirirlər. Bu barədə nə düşünürsünüz?
– Futboldu, burada kimin üstün, kimin zəif olduğu cavab oyununda və ümumi nəticəyə əsasən bəlli olacaq. Hələ heç nə bitməyib. Biz də əlimizdən gələni edəcəyik ki, mərhələni keçən tərəf biz olaq.