Avtosfer saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Yol ötürücüsünün istinad divarı hərəkətdə olan avtomobillərin üzərinə aşıb. Avtosfer.az xəbər verir ki, Cənubi Koreyada baş verən hadisənin görüntüləri başqa bir avtomobilin videoregistratoru tərəfindən qeydə alınıb. Osana şəhərində yağan güclü yağış nəticəsində yol ötürücülərindən birinin istinad divarı həmin anda yan yolda hərəkətdə olan iki avtomobilin üzərinə aşıb.
Yerli medianın məlumatına görə, hadisə nəticəsində avtomobillərdən birinin 40 yaşlı sürücüsü ölüb, digəri isə xəsarətlər alıb.
Sözügedən hadisənin videosunu təqdim edirik:
Namiq Musayev
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.