AZ

Saponara Buffonun klubunda çalışacaq

Keçmiş tanınmış italyan futbolçusu Rikkardo Saponara futbolçu karyerasını başa vuraraq məşqçiliyə keçib.

 90deqiqe.Az xəbər verir ki,  34 yaşlı yarımmüdafiəçi qısa müddət Türkiyədə çıxış etdikdən sonra karyerasını rəsmi şəkildə başa çatdırdığını açıqlayıb.

Bu gündən etibarən Saponara İtaliyanın B Seriyasında çıxış edən “Karrareze” klubunun məşqçi heyətinə qoşulub. O, komandanın baş məşqçisi Antonio Kalabronun rəhbərliyi altında fəaliyyət göstərəcək.

Qeyd edək ki, “Karrareze” klubunun sahibi əfsanəvi qapıçı Canluici Buffondur – o, Karrare şəhərinin ən tanınmış yetirməsi sayılır. Yeni mövsüm İtaliya B Seriyasında 16 avqustda start götürəcək.

Saponaranın məşqçilik karyerasının hansı istiqamətdə inkişaf edəcəyi maraqla izlənəcək.

Seçilən
61
90deqiqe.az

1Mənbələr