AZ

QƏRAR VERİLDİ: Bu ölkənin qoşunları Ukraynaya yeridiləcək

  Avstriyanın müdafiə naziri Klaudiya Tanner müharibə başa çatdıqdan sonra Ukraynaya qoşun yeritməyə icazə verib.

Bu barədə “Der Standard” məlumat yayıb.

“Əgər sülh imzalanarsa, missiyaya kimin rəhbərlik edəcəyinə dair qərar qəbul edilərsə, o zaman biz Ukraynada hansı formada təmsil olunacağımızı qiymətləndirəcəyik”.
 
O, eyni zamanda vurğulayıb ki, münaqişə davam etdikcə qoşunların yeridilməsindən söhbət gedə bilməz. Tanner qeyd edib ki, Avstriya ümumi təhlükəsizlik və müdafiə siyasətinə çox böyük töhfə versə də, hərbi baxımdan neytraldır./Globalinfo.az  

Seçilən
60
referans.az

1Mənbələr