AZ

Rusiya-Ukrayna danışıqlarının üçüncü mərhələsi başa çatıb

BAKI, TurkicWorld

Rusiya və Ukrayna nümayəndə heyətləri arasında keçirilən danışıqların üçüncü raundu başa çatıb.

TurkicWorld xəbər verir ki, görüş İstanbulda, Çırağan sarayında yerli vaxtla saat 20:27-də (Bakı vaxtı ilə saat 21:37) başlayıb və təxminən 40 dəqiqə davam edib.

Danışıqların yekununa əsasən, tərəflər yalnız hərbi əsirlərlə deyil, həm də mülki şəxslərlə qarşılıqlı mübadilə aparacaqlar.

Həmçinin bildirilib ki, tərəflər arasında danışıqların növbəti raundu keçirilməyəcək.

Qeyd edək ki, iyunun 2-də İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların 2-ci turu baş tutub. Danışıqlar nəticəsində tərəflər hər tərəfdən 6 min hərbçinin meyitinin qarşı tərəfə təhvil verilməsi ilə bağlı razılığa gəlmişdi.

Seçilən
51
turkic.world

1Mənbələr