Səudiyyə Ərəbistanının son çempionu "Əl-İttihad" yay transfer dönəmində mərkəz yarımmüdafiə xəttini gücləndirməyə çalışır.
90deqiqe.Az xəbər verir ki, klub "Milan"ın futbolçusu İsmail Benasserin transferi ilə bağlı danışıqlara başlayıb.
Benasser ötən mövsümün ikinci yarısını "Marsel"də icarə əsasında keçirib. Lakin Fransa klubu alqı-satqı hüququndan istifadə etməyərək oyunçunu heyətində saxlamayıb.
"Əl-İttihad"ın diqqətində olan digər yarımmüdafiəçi isə Rusiyanın "Zenit" klubunda çıxış edən braziliyalı Vendeldir. Xatırladaq ki, yayda Vendelin "Botafogo"ya keçidi gözlənilirdi, lakin braziliya klubu maliyyə səbəbləri üzündən transferi reallaşdıra bilməyib.
Hazırda "Əl-İttihad"ın hər iki futbolçu ilə bağlı danışıqları davam etdirir. Səudiyyə klubu yaxın günlərdə seçimində yekun qərar verməyi planlaşdırır.