AZ

Üzgüçülərimizin Dünya Yay Universiadasında mübarizəsi başa çatıb

Yazını böyüt
Yazını kiçilt

Azərbaycan üzgüçülərinin Almaniyada keçirilən Dünya Yay Universiadasında mübarizəsi başa çatıb.

Hafta.az xəbər verir ki, Universiadanın Berlində keçirilən üzgüçülük yarışlarının sonuncu günündə Fatimə Alkərəmova 400 metr məsafəyə sərbəst üsulla üzmə yarışının təsnifat mərhələsində 4:39.31 saniyəlik nəticə göstərib. Bu göstərici ilə 39 idmançı arasında 33-cü yeri tutan üzgüçümüz yarımfinala yüksələ bilməyib.

Universiadada 4x100 sərbəst estafet yarışında komandamız 3:51.61 dəqiqəlik nəticə ilə 27 ölkə arasında 20-ci yerdə qərarlaşıb.

Səid Həmidov 400 metr məsafəyə qarışıq üsulla üzmə yarışında diskvalifikasiya olunub.

Bununla da Universiadanın üzgçülük yarışlarına yekun vurulub. Dünya Yay Universiadası iyulun 27-də başa çatacaq.

Seçilən
27
2
hafta.az

3Mənbələr