İran Qərbin ona qarşı mümkün sanksiyaları bərpa etməsinə mütləq cavab verəcək və Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilədən (NPT) çıxmaq istisna deyil.
“Report” xəbər verir ki, bu barədə İranın xarici işlər nazirinin müavini Kazıç Qaribabadi Nyu Yorkda bildirib.
“Snapback” (sanksiyaların bərpası - red.) məsələsinə gələk. Mən NPT-dən çıxmağı istisna etmədim, çünki bu, bizim əvvəlki administrasiyamızın verdiyi qərar idi. Bu, hələ danışıqlar masasında olan məsələdir. Amma İran başqa nə edərdi? Bu məsələ hələ də rəsmi Tehran tərəfindən nəzərdən keçirilir”, - o deyib.
XİN rəhbərinin müavini vurğulayıb ki, hər bir halda İran sanksiyaların mümkün bərpasına cavab verəcək.