AZ

"Pari" klubu "Portu"nun müdafiəçisini transfer edib

Fransanın "Pari" klubu müdafiə xəttini yeni futbolçu ilə gücləndirib.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, Portuqaliyanın "Portu" klubundan mərkəz müdafiəçisi Otavio transfer olunub.

23 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. Braziliyalının transferin dəyəri 17 milyon avro olaraq qiymətləndirilir.

Otavio "Portu"ya 1,5 il əvvəl "Famalikao" klubundan keçmişdi. Həmin transfer zamanı futbolçunun dəyəri 12,3 milyon avro təşkil etmişdi. Braziliyalı müdafiəçi karyerasına ölkəsinin "Flamenqo" klubunda başlayıb.

Transfermarkt portalının məlumatına görə, Otavionun bazar dəyəri hazırda 10 milyon avrodur.

Xatırladaq ki, "Pari" 2024/25 mövsümündə Fransa Liqa 1-də çıxış edəcək. Komanda ötən mövsümü ölkənin ikinci liqasında ikinci pillədə başa vuraraq 69 xal toplamış və elita biletini qazanmışdı.

 

Seçilən
59
90deqiqe.az

1Mənbələr