AZ

“General Motors” Trampın tariflərinə görə üç ayda 1 milyarddan çox itirdi


Amerika avtomobil istehsalçısı “General Motors” (GM) 2025-ci ilin ikinci rübündə dünya üzrə 1 milyon 539 min avtomobil satdığını, ümumi gəlirin 47,1 milyard dollara çatdığını və bunun da ötən ilin eyni dövrü ilə müqayisədə 2% az olduğunu bildirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat şirkətin rüblük hesabatında yer alıb.
Şirkətin ikinci rübdə xalis mənfəəti 34% azalaraq 1,9 milyard dollara düşüb.
Şirkət qeyd edib ki, buna səbəb, əsasən, ABŞ Prezidenti Donald Trampın idxal rüsumlarını artırmaq qərarı olub. Belə ki, yeni rüsumlar mənfəəti 1.1 milyard dollar azaldıb.
Rüblük hesabatın dərcindən sonra şirkətin səhmləri 3,3% ucuzlaşıb.
Şirkət üçüncü rübdə tariflərin təsirinin ikincidən daha çox olacağını bildirib.
Seçilən
95
yeniavaz.com

1Mənbələr