AZ

Bu 4 bürc avqustda varlanacaq

2025-ci ilin avqust ayı bəzi bürclər üçün sözün əsl mənasında bolluq ayı olacaq. Astrologiyaya görə, dörd bürc maliyyə baxımından ciddi sıçrayış yaşayacaq.

News24.az həmin bürcləri təqdim edir:

Buğa

Buğalar üçün avqust ayı gözlənilməz gəlirlərlə yadda qalacaq. Yeni bir təklif və ya əvvəldən planlaşdırılmış investisiya planı möhtəşəm nəticələr verəcək. İnamlı və ehtiyatlı qərarları ilə tanınan Buğalar bu ay qazancını ikiqat artıracaq.

Şir

Şirlər üçün avqust adətən uğurlu olur, amma bu dəfə daha fərqlidir. Günəşin və digər şanslı planetlərin himayəsində olan bu bürc nümayəndələri yeni gəlir mənbələri, işgüzar əlaqələr və gəlirli layihələrlə qarşılaşacaqlar. Pul yağışı qapıdadır.

Əqrəb

Hissiyyatları ilə hərəkət edən Əqrəblər bu ay daxili səslərinə qulaq asmaqla böyük maliyyə nailiyyətlərinə imza ata bilərlər. Keçmişdə atılmış addımların bəhrəsi, gözlənilməz bonuslar və ya yeni tərəfdaşlıqlar onlara maddi rahatlıq gətirəcək.

Oğlaq

Nizam-intizam və səbirin simvolu olan Oğlaqlar üçün avqust ayı zəhmətin qarşılığını almaq dövrüdür. Karyera sahəsində dəyişikliklər, yeni layihələr və ya rəhbərliklə aparılan uğurlu danışıqlar maliyyə rifahına yol açacaq. Bu ay Oğlaqlar üçün yüksəliş mərhələsidir./publika


Seçilən
61
25
news24.az

10Mənbələr