AZ

“Atletiko” “Feyenoord”un müdafiəçisini transferinə çox yaxındır

Madridin “Atletiko” klubu Slovakiya millisinin və “Feyenoord”un mərkəz müdafiəçisi David Hançkonun transferini reallaşdırmaq üzrədir.

90deqiqe.Az-ın məlumatına görə, Hançkonun 33 milyon avro və bonuslar müqabilində Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubuna keçidi son mərhələdə baş tutmayıb. Məhz bu uğursuzluqdan sonra “Atletiko” transfer imkanını dəyərləndirib və futbolçunu heyətinə cəlb etmək üçün addım atıb.

İspaniya təmsilçisi slovak futbolçunun transferi üçün “Feyenoord” klubuna bonuslarla birlikdə ümumilikdə 34 milyon avro dəyərində rəsmi təklif göndərib. Məlumata görə, “Atletiko” artıq oyunçu ilə şifahi razılıq əldə edib və David Hançko La Liqada oynamağa hazır olduğunu bəyan edib.

Transferin yaxın günlərdə rəsmiləşdirilməsi gözlənilir.

27 yaşlı müdafiəçi 2022-ci ildən “Feyenoord”un şərəfini qoruyur. O, ötən mövsüm Niderland klubunun heyətində bütün turnirlərdə 44 oyuna çıxaraq 4 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

“Rojiblankolar”ın yaxın günlərdə transferi rəsmiləşdirəcəyi gözlənilir.

Seçilən
102
90deqiqe.az

1Mənbələr