AZ

“Benfika” Riçard Riosu satın aldı

“Benfika” 25 yaşlı kolumbiyalı dayaq yarımmüdafiəçisi Riçard Riosu “Palmeyras”dan tamhüquqlu əsasda “qartallar”ın heyətinə qatıb.

Arena.az bu barədə “Benfika”nın rəsmi saytına istinadən məlumat verir.

Tərəflər 5 illik – müddəti 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.

Keçid Portuqaliya nəhənginə 27 milyon avro məbləğ müqabilində başa gəlib.

Riçard Rios “Flamenqo”nun məzunudur. “Dayaqçı”, karyerası ərzində həmçinin “Masatlan” (icarə), “Quarani” və “Palmeyras”da çıxış edib.
2024/2025-ci illər mövsümündə Rios “Palmeyras” üçün 36 oyuna çıxıb, 4 qol və 4 məhsuldar ötürmə ilə fərqlənib.

Riçard Rios 2023-cü ilin oktyabr ayında debüt etdiyi Kolumbiya yığmasının heyətində 23 oyun keçirib, 2 qol vurub, 1 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 25 yaşlı kolumbiyalı dayaq yarımmüdafiəçisinin transfer dəyərini 16 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
40
arena.az

1Mənbələr