İspaniyanın “Barselona” klubu yeni transferini rəsmiləşdirib.
“Qafqazinfo” xəbər verir ki, Kataloniya təmsilçisi İngiltərənin “Mançester Yunayted” klubundan Markus Reşfordu icarə əsasında 1 illik heyətinə qatıb.
Qeyd edək ki, Reşford ötən mövsümün ikinci yarısını icarə əsasında “Aston Villa”da keçirib.