Rusiya prezidentinin köməkçisi Vladimir Medinski jurnalistlərə bildirib ki, Rusiya prezidenti Vladimir Putin və Vladimir Zelenski arasında görüş lazımi səviyyədə hazırlanmalıdır, Rusiya nümayəndə heyəti bu mövqeyi Ukrayna nümayəndə heyətinə çatdırıb....
Poliqon bu barədə “RİA Novosti” nəşrinə istinadən xəbər verir.
Putin və Zelenski arasında görüş mövzusunun danışıqlar zamanı qaldırılıb-qaldırılmaması ilə bağlı sualı cavablandıran Medinski deyib: "Görüş düzgün hazırlanmalıdır, yalnız bundan sonra məntiqli olar. Biz bu mövqeyi Ukrayna nümayəndə heyətinə çatdırdıq".
Medinskinin başçılıq etdiyi Rusiya nümayəndə heyəti Ukrayna nümayəndə heyəti ilə danışıqların üçüncü raundundan sonra mətbuata açıqlamalar verib.
Rusiya nümayəndə heyətinə xarici işlər nazirinin müavini Mixail Qaluzin, Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin rəisi İqor Kostyukov və müdafiə nazirinin müavini Aleksandr Fomin də daxildir.
Poliqon.info