AZ

Medinski: Rusiya və Ukrayna liderlərinin görüşü üçün sazişin şərtlərini işləmək lazımdır

BAKI, 24 iyul. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putin və Ukrayna lideri Volodimir Zelenskinin görüşündən əvvəl sazişin şərtlərinin işlənməsi tələb olunur.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi, Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski Ukrayna tərəfi ilə üçüncü raund danışıqların yekunlarına dair açıqlamasında bildirib.

"Belə bir görüşün baş tutması üçün əvvəlcədən sazişin şərtlərini işləmək və bu görüşdə nəyin müzakirə olunacağını anlamaq tələb olunur, əslində isə bu görüşdə sazişi müzakirə etmək yox, nöqtə qoymaq, imzalamaq lazımdır", - Medinski qeyd edib.

Onun sözlərinə görə, hər şeyi sıfırdan yenidən müzakirə etmək üçün görüşməyin mənası yoxdur.

Seçilən
51
teleqraf.com

1Mənbələr