AZ

"Qarabağ" "Şelburn"a qalib gəldi

Bu gün Azərbaycan təmsilçisi "Qarabağ" Çempionlar Liqasının 2025/26 mövsümündə mübarizəyə başlayır.

Fanat.Az xəbər verir ki, Ağdam təmsilçisi 2-ci təsnifat mərhələsində "Şelburn"la ilk oyuna çıxır. İrlandiyanın paytaxtı Dublindəki "Tolka Park"da keçirilən matç Bakı vaxtı ilə saat 22:45-də start götürüb. 

Görüşü Xorvatiyadan olan hakimlər briqadası idarə edir. 

Bu komandalar arasında cavab oyunu isə iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:00-da start götürəcək. Bu cütün qalibi 3-cü təsnifat mərhələsində "Şkendiya" (Şimali Makedoniya) - FCSB (Rumıniya) cütünün üstün tərəfi ilə üz-üzə gələcək.

Çempionlar Liqası, 2-ci təsnifat mərhələsi, ilk oyunlar

"Şelburn" (İrlandiya) - "Qarabağ" (Azərbaycan) - 0:3 (1-ci hissə)

Qollar: Leandro Andrade, 11. Aleksey Kaşuk, 81. Nəriman Axundzadə, 85.

Hakimlər: Ante Çulina, Luka Puşiç, İvan Mihali, Mateo Erceq (Xorvatiya)

VAR: Mario Zebec

AVAR: Tixomir Pejin

“Tolka Park”, Dublin, İrlandiya

Seçilən
42
17
fanat.az

3Mənbələr