UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ” səfərdə “Şelburn” üzərində inamlı qələbə əldə edib.
90deqiqe.Az xəbər verir ki, Dublində yerləşən “Tolka Park” stadionunda baş tutan görüşdə Ağdam təmsilçisi rəqibini 3:0 hesabı ilə məğlub edib.
Oyunda hesab 13-cü dəqiqədə açılıb. Leandro Andrade fərqlənərək “Qarabağ”ı önə çıxarıb. İkinci hissədə də hücumlarını davam etdirən Azərbaycan çempionu 81-ci dəqiqədə Aleksey Kaşukun qolu ilə üstünlüyünü artırıb. Cəmi dörd dəqiqə sonra, 85-ci dəqiqədə Nəriman Axundzadə son nöqtəni qoyub.
Bu nəticə ilə “Qarabağ” III təsnifat mərhələsinə vəsiqə uğrunda keçiriləcək cavab görüşü öncəsi ciddi üstünlük qazanıb.
Qarşılaşmanın cavabı Bakıda baş tutacaq.