AZ

"Lion" amerikalı futbolçunun transferindən imtina edə bilər

Fransanın “Lion” klubu ABŞ millisinin və “Nottingem Forest”in qapıçısı Matt Törnerin transferini ləğv etməyi planlaşdırır.

90deqiqe.Az-ın “L’Équipe” nəşrinə istinadən verdiyi məlumata görə, Bu barədə “L’Équipe” nəşri məlumat yayıb.

Tərəflər əvvəlcədən 8 milyon avro məbləğində transfer razılaşmasına gəlib. Lakin bu razılaşmadan qısa müddət sonra “Lion” maliyyə hesabatlarında aşkar edilmiş pozuntular səbəbindən skandala düşüb. Klubun Liqa 2-yə göndərilməsi təhlükəsi yaranmışdı, lakin sonda “Lion” Liqa 1-də iştirak hüququnu qoruyub saxladı.

Hadisələrin fonunda klubun rəhbərliyində dəyişiklik baş verib və amerikalı iş adamı Con Tekstor rəhbərlik postunu tərk edib. Baxmayaraq ki, “Lion” elitada qalmağa nail olub, hələ də transfer bazarında sərbəst fəaliyyət göstərmək imkanından məhrumdur – məhdudiyyətlər əsasən maaş büdcəsi və ümumi xərclərlə bağlıdır.

Bu səbəbdən klub rəhbərliyi hüquqi yardım almaq üçün vəkil tutub və “Nottingem Forest”lə Matt Törnerin transferinin mümkün ləğvini müzakirə edir.

 

Seçilən
40
90deqiqe.az

1Mənbələr