AZ

“Qarabağ” darmadağınla başladı

Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi “Qarabağ” bu gün II təsnifat mərhələsində ilk oyununa çıxıb.

Msport.az xəbər verir ki, komanda İrlandiyanın “Şelburn” kollektivinin qonağı olub.

Dublində yerləşən “Tolka Arena”da keçirilən görüşdə “Qarabağ” böyükhesablı qələbə qazanıb. Leandro Andrade (13-cü dəqiqə), Akeksey Kaşuk (81) və Nəriman Axundzadənin (85) vurduğu qollar sayəsində Ağdam klubu rəqibini 3:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 30-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

Seçilən
52
msport.az

1Mənbələr