Futbol üzrə Avropa Konfrans Liqasında 2025/2026-cı illər mövsümünün 2-ci təsnifat mərhələsinin ilk oyunları keçirilir.
Arena.az xəbər verir ki, bu gün daha 6 qarşılaşma baş tutub.
Azərbaycan təmsilçisi “Zirə” doğma meydanda Xorvatiyanın “Hayduk” komandası ilə “sülh bağlayıb”.
Gürcüstan “İberiya”sı Estoniyada “Levadiya”ya uduzub. Ən məhsuldar görüş Lyublyanada “Olimpiya” ilə Andorra “İnter”i arasındakı qarşılaşma olub – 4:2.
Qeyd edək ki, bu mərhələnin qalan görüşləri sabah keçiriləcək. Azərbaycanın bu turnirdəki digər təmsilçiləri – “Sabah”la “Araz-Naxçıvan” da sabah meydana çıxacaqlar.
Avropa Konfrans Liqası
2-ci təsnifat mərhələsinin ilk oyunları
23 iyul
Zirə (Azərbaycan) – Hayduk (Xorvatiya) 1:1
Levadiya (Estoniya) – İberiya (Gürcüstan) 1:0
Silkeborq (Danimarka) – Akureyri (İslandiya) 1:1
Olimpiya (Lyublyana, Sloveniya) – İnter (Andorra) 4:2
TNS (Uels) – Differdanj (Lüksemburq) 0:1
Buduçnost (Monteneqro) – Milsami (Moldova) 0:0