İndoneziya sahillərində 6,3 bal gücündə zəlzələ baş verib...
Poliqon xəbər verir ki, yeraltı təkanlar təxminən 200 min əhalisi olan Sulavesi adasında yerləşən Qorontalo şəhərindən təxminən 109 kilometr qərbdə baş verib.
Zəlzələnin ocağı 144,6 kilometr dərinlikdə yerləşib.
İyulun 23-də isə Petropavlovsk-Kamçatskidən 108 kilometr cənub-şərqdə 5,5 bal gücündə zəlzələ qeydə alınıb.
Poliqon.info