AZ

Qurban Qurbanov 3:0-ı belə şərh etdi

Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində "Şelburn"u İrlandiyada 3:0 hesabı ilə məğlub edən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov matçdan sonra təşkil edilən mətbuat konfransında qələbəni dəyərləndirib.

Fanat.Az xəbər verir ki, o, belə danışıb: "Futbolçularımı qələbə münasibəti ilə təbrik edirəm. Çox vacib qalibiyyət əldə etdik. Rəqib bizə hər an gərgin anlar yaşada bilərdi. 3:0 hesabı ilə qalib gəlməyimiz onlardan çox üstün olduğumuz anlamına gəlmir. Bu hesabı yaddan çıxarıb Bakıdakı cavab qarşılaşmasına hazırlaşacağıq. Bizə stadiondan dəstək olan azsaylı azarkeşlərimizə öz təşəkkürümü bildirirəm. Rəqib komandaya qarşıdakı matçlarda uğurlar arzu edirəm".

Qurbanov cütün taleyinin həll olunmadığını deyib:

"Dünən də bildirmişdim ki, bu rəqib məğlub olmağı sevmir. "Şelburn" meydanda nə etdiyini yaxşı dərk edən komandadır. Bakıdakı qarşılaşmada daha diqqətli olmağa çalışacağıq".

Seçilən
35
fanat.az

1Mənbələr