AZ

Raşford Barselona da 36 ildən sonra ilkə imza atdı

ain.az bildirir, Oxu.az portalına istinadən.

Markus Raşford 1989-cu ildən bəri "Barselona" klubuna keçən ilk ingilis futbolçudur. Bu, Kataloniya təmsilçisinin onu "Mançester Yunayted" komandasından icarəyə götürməsi ilə reallaşıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Barselona"nın Mətbuat Xidməti məlumat yayıb.

Raşfordla imzalanmış müqavilə bir mövsüm üçün nəzərdə tutulub.

Xatırladaq ki, "Barselona"da çıxış edən son ingilis futbolçu Qari Lineker olub. O, 1986-1989-cu illərdə Kataloniya komandasında oynayıb.

Raşford 27 yaşındadır və o, "Mançester Yunayted"in yetirməsidir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
82
oxu.az

1Mənbələr