BAKI, 24 iyul. TELEQRAF
Hindistanda iki qardaş qədim adət-ənənələrə uyğun olaraq eyni qadınla evlənib.
Teleqraf "Press Trust of India"ya istinadən xəbər verir ki, bu, qadın hüquqları təşkilatlarının qınağına səbəb olub.
Poliandriya Hindistanda qeyri-qanunidir, lakin Himalay bölgələri də daxil olmaqla bəzi qəbilələrdə qanuni sayılır.
Bəylər Pradeep və Kapil Negi iyulun 12-də Himalaya əyalətinin Himaçal Pradeş bölgəsində yüzlərlə qoağın iştirakı ilə üçgünlük toy ediblər.
Qardaşlardan biri dövlət qulluqçusudur, digəri isə xaricdə işləyir.
Adətə görə, arvad bir qardaşdan digərinə qarşılıqlı razılaşdırılmış qrafiklə keçir və ailə uşaqları birlikdə böyüdür. Böyük qardaş qanuni ata sayılır.
Hindistan Demokratik Qadınlar Assosiasiyası (AIDWA) bu evliliyi pisləyərək bunu qadınların istismarı adlandırıb.