AZ

Bəzi ərazilərdə qaz olmayacaq

Bakı. Trend:

Şəki və Zaqatala rayonunun bir neçə kəndində qaz təchizatıdayandırılacaq.

"Azəriqaz" İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, Şəki rayonuKöhnə Çələbixan qəsəbəsi, Daşüz, Qudula, Şorsu və Cumakəndkəndlərini təbii qazla təmin edən orta təzyiqli daşıyıcı qazkəmərlərində kipliyə sınaq məqsədilə bu gün saat 09:30-dan işləryekunlaşanadək bu ərazilərdə 1474 əhali abonentinin və 6qeyri-əhali abonentinin qaz təchizatı dayandırılacaq.

Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində isə yeni çəkilmiş PE 315mm-lik qaz xəttindən yerüstü qaz xəttinə qoşulma işləri aparılacaq.Bu səbəbdən 25 iyul saat 09:30-dan işlər başa çatana qədərS.M.Əfəndiyev, M.Cabbarov, Nuhəvi və A.Əfəndiyev küçələrində 463əhali abonentinin qaz təchizatı dayandırılacaq.

Zaqatala rayonu Çökəkoba kəndində Hacıməmmədova Rəvanə Əhmədqızına məxsus fərdi yaşayış evinin qarşısından keçən mövcud D-57mm-lik orta təzyiqli qaz xəttinin yerinin dəyişdirilməsi məqsədiləbu gün saat 09:30-dan işlər yekunlaşanadək 380 əhali abonentininqaz təchizatı dayandırılacaq.

Qeyd olunur ki, işlər başa çatdıqdan sonra qaz təchizatı bərpaolunacaq.

Bu gün saat 10:00-dan etibarən Sumqayıt şəhəri, 2-ci mikrorayonərazisində aparılan təmir işləri ilə əlaqədar qaz təchizatındamüvəqqəti fasilə yaranacaq. Qazın verilişi gün ərzində bərpaolunacaq.

Seçilən
56
19
az.trend.az

10Mənbələr