AZ

Macarıstanlı nazir: Aİ dövlətləri Ukraynada münaqişənin həlli üçün səylərə maneə törədir

BAKI, 24 iyul. TELEQRAF

Avropa İttifaqına (Aİ) üzv bir çox dövlətlər Ukrayna münaqişəsinin həllinə yönəlmiş səylərə mane olur.

Teleqraf xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto TASS-a müsahibəsində bildirib.

"Təəssüf ki, bir çox Avropa liderləri sülh səylərinə maneə törədirlər. Sözdə onlar sülh nizamlanmasının tərəfdarı kimi çıxış edə bilərlər, lakin əməldə bu münaqişəni qızışdırırlar. Macarıstan son 3 il yarım ərzində atəşkəsə və sülh danışıqlarının başlanmasına tərəfdar olub. Son iki ay istisna olmaqla, bu müddət ərzində Avropanın digər ölkələri Macarıstanı buna görə tənqid edirdi", - o bildirib.

Seçilən
39
teleqraf.com

1Mənbələr