Təcavüzkar ölkənin Krasnodar diyarı pilotsuz təyyarələrin hücumuna məruz qalıb. Soçi kurort şəhərində partlayışlar baş verib.
Moderator.az "24 Kanal"- a istinadla xəbər verir ki, bu barədə Rusiyanın bir sıra yerli telegram-kanalları məlumat yayıb.
İctimai kanallardan biri qeyd edir ki, Soçi Rusiyanın Ukraynaya qarşı bütün genişmiqyaslı müharibəsi zamanı ən böyük hücuma məruz qalır.
"UNİAN"-ın yazdığına görə, dronların vurulması ilə bağlı məlumatlar da var. Eyni zamanda, "Sirius" federal ərazisinin administrasiyasının rəhbəri Dmitri Plişkin neft anbarına da zərbələr endirildiyini bildirib.
" "Tavriçeskaya küçəsində neft bazası vurulub. Xahiş edirəm, həmin ərazidə maşın sürməkdən və gəzməkdən çəkinin", -deyə o, telegram- kanalında yazıb.
Bu arada hadisə şahidləri Rusiya ictimai kanalı olan "SHOT"-a bildiriblər ki, Soçinin müxtəlif yerlərində artıq 15-20 partlayış baş verib.