Almaniya kansleri Fridrix Merts və Fransa Prezidenti Emmanuel Makron ABŞ-ın Avropa İttifaqı məhsullarına qarşı mümkün gömrük rüsumları tətbiq edəcəyi təqdirdə cavab tədbirlərinə hazır olduqlarını bildiriblər.
APA xəbər verir ki, bu barədə Almaniya hökumətinin rəsmi nümayəndəsi Ştefan Kornelius jurnalistlərə məlumat verib.
Onun sözlərinə görə, iki lider arasında Berlindəki Borziq villasında üç saat davam edən danışıqlardan sonra belə bir nəticə əldə olunub.
Bununla yanaşı, Kornelius qeyd edib ki, Almaniya və Fransa danışıqların yekun mərhələsində İtaliya və Avropa Komissiyası ilə sıx koordinasiyada fəaliyyət göstərəcək.