Sumqayıt Şəhər İcra Hakimiyyəti abadlaşdırma xidmətləri ilə əlaqədar xüsusi geyim və inventarların alınmasına 395 913 AZN sərf edəcək.
Pravda.az-ın xəbərinə görə, xidməti “Rash.M.M.Trade and Services-2020” MMC göstərəcək.
İcra Hakimiyyəti yanında “Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi” isə Sumqayıt şəhərində küçə və prospektlərdə yol cizgilərinin çəkilməsi və yol səki daşlarının yuyularaq rənglənməsi işlərinə 228 006 AZN xərcləyəcək.
İşləri “M-House Construction” MMC görəcək.
Cabir
Tarix: 24 İyul 2025, 08:15