"Portu"nun müdafiəçisi Otavio "Paris"ə keçib.
Operativ Media xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Liqa 1-in yeni klubu 17 milyon və daha üç milyon avro bonus ödəyib.
Otavio 2024-cü ilin yanvarından "Porto"da çıxış edir. 23 yaşlı braziliyalı Portuqaliya yığmasında 45 oyun keçirib, iki qol vurub və iki məhsuldar ötürmə edib.
"Transfermarkt" müdafiəçinin bazar dəyərini 10 milyon avro qiymətləndirir.