AZ

Pentaqon Ukraynaya silah və avadanlıq satışını təsdiqləyib

Bakı. Trend:

ABŞ Müdafiə Nazirliyi Ukraynaya 322 milyon dollar dəyərindəsilah və avadanlıq satışını təsdiqləyib.

Trend-inməlumatına görə, bu barədə nazirliyin rəsmi açıqlamasındabildirilib.

Satışın təxminən 172 milyon dolları "HAWK Phase III" raketsistemləri, təminat sistemləri və peyk avadanlıqlarına ayrılıb.

Qalan 150 milyon dollar isə "Bradley" döyüş maşınları, onlarıntəmiri və texniki dəstəyi üçün nəzərdə tutulur.

Seçilən
73
2
az.trend.az

2Mənbələr