Çinin "Pop Mart" şirkəti ABŞ-ın "7-Eleven" mağazalar şəbəkəsini saxta "Labubu" oyuncaqları satdığına görə məhkəməyə verib.
Publika.az xəbər verir ki, bu barədə mediaya “Pop Mart”ın nümayəndələri məlumat verib.
Şirkət amerikalı bir qızın sosial şəbəkədə yerləşdirdiyi videoda "7-Eleven" mağazasında 25 dollara satılan saxta oyuncaqların görünməsindən sonra hərəkətə keçib.
"Pop Mart" bildirir ki, orjinal oyuncaqların qiyməti demək olar ki, eynidir. Saxta oyuncaqlar və onların qablaşdırmaları isə olduqca aşağı keyfiyyətə malikdir və bu da şirkətin etibarını zədələyir.