AZ

Bakıda qaynını döyən şəxsə hökm oxundu

Xəzər Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Zaman Gənciyevin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Toğrul Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, cinayət işi üzrə məsuliyyətindən azad edilib və iş üzrə icraata xitam verilib.

 

İttihama görə, hadisə bu il paytaxtın Xəzər rayonu ərazisində qeydə alınıb.

 

Belə ki, Zaman Gənciyev qaynı, zərərçəkmiş Qulam Məmmədovla şəxsi münasibətlər zəminində yaranan mübahisə edib. Bu zaman o, zərərçəkmişin yaşadığı ünvanda yerləşən evin həyətində yumruqla onun sifət nahiyəsindən bir dəfə qəsdən vuraraq, xəsarətlər yetirib.

 

Hadisədən sonra Zaman Gənciyev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

 

Məhkəməyə zərərçəkmiş şəxs təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tamamilə ödənildiyini və Zamana qarşı heç bir şikayət və tələbinin olmadığını bildirib.

 

Kamal Məmmədov

Tarix: 24 İyul 2025, 08:55   
Seçilən
52
pravda.az

1Mənbələr