AZ

Kreml: Memarandurumlar RAZILAŞDIRILMALIDIR

Rusiya ilə Ukrayna arasında mümkün sammit yalnız tərəflər arasında razılaşdırılmamış memorandumlar yekunlaşdırıldıqdan sonra baş tuta bilər. Bu barədə Kremlin sözçüsü Dmitri Peskov brifinqdə bildirib.

Bu barədə News24.az TASS-a istinadən xəbər verir. 

"Bu sənədlərin yekunlaşdırılması üçün lazım olan bütün işlər sammitə hazırlığın bir hissəsidir. Əgər bu çətin və mürəkkəb iş əvvəlcədən görülməzsə, görüş üçün konkret tarixlərin müəyyənləşdirilməsi mənasız olar," — deyə Peskov qeyd edib.

O əlavə edib ki, əks halda bu geniş və texniki işin hamısı sammit zamanı — ən yüksək səviyyədə aparılmalı olacaq.

Ukrayna Prezidenti Vladimir Zelenski bu axşam İstanbulda baş tutacaq üçüncü birbaşa danışıqlar raundu ərəfəsində sammitin təşkilini əsas prioritet kimi göstərib. Lakin Kreml israr edir ki, sülh prosesinə dair razılaşdırılmış memorandum olmadan belə bir görüş mümkün deyil. Xatırladaq ki, sənədin ilkin versiyaları tərəflər arasında ikinci İstanbul danışıqları zamanı mübadilə olunub.

Xeyrənsə Piriyeva

Seçilən
52
news24.az

1Mənbələr