Bakı Apellyasiya Məhkəməsində oğurluqda və qanunsuz narkotik saxlamada təqsirləndirilən Elmin Cəfərzadənin (soyadı şərtidir) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib və apellyasiya protesti isə təmin olunub, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib, ona 7 il 10 ay 4 gün cəzası təyin edilib.
İttihama görə, Elmin Cəfərzadə paytaxt ərazində yerləşən evlərdən ümumilikdə 201186 manat məbləğində pul və qızıl-zinət əşyaları oğurlayıb. O, saxlanılarkən üzərindən 0,08 qram təşkil edən 2 ədəd qəhvəyi rəngli dairəvi formalı həblər, narkotik vasitə metadon aşkar olunaraq götürülüb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elmin Cəfərzadə 7 il 7 ay 4 gün müddətinə azadlıqdan məhrum edilmişdi.
Kamal Məmmədov