Türkiyə ilə Suriyanın yeni hakimiyyət orqanları arasında hərbi əməkdaşlıq üzrə hərtərəfli saziş imzalanacaq.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin “Hürriyet” qəzeti məlumat yayıb. Nəşr sənədin nə vaxt imzalanacağı ilə bağlı dəqiq tarix göstərməsə də, qeyd edir ki, Ankara və Dəməşq bu mühüm addımı Suriyanın təhlükəsizliyinə qarşı İsrailin yaratdığı təhdidlər fonunda atmağa qərar veriblər.
Məqalədə vurğulanır ki, İsrailin hazırkı fəaliyyəti Suriyada yeni və daha genişmiqyaslı vətəndaş müharibəsinin alovlanmasına səbəb ola bilər. Bu isə bölgədə sabitliyi pozmaqla yanaşı, Türkiyənin sərhədlərində də ciddi təhlükə yaradır.
Qəzetin məlumatına görə, imzalanması gözlənilən sənəd hərbi təlimlərdən tutmuş sərhəd təhlükəsizliyi və kəşfiyyat məlumatlarının mübadiləsinə qədər bir çox sahəni əhatə edəcək.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta