Bakı. Trend:
Prezident İlham Əliyev Gömrük Məcəlləsində dəyişiklikləri təsdiqedib. Dəyişikliklər borcunun ödənilməsi sahəsində məsulsubyektlərin dəqiq müəyyənləşdirilməsi məqsədi daşıyır. Məcəlləyəəsasən, gömrük ödənişlərini ödəmək malları və nəqliyyatvasitələrini bəyan edən bəyannaməçinin vəzifəsidir. Bununla belə,məcəlləyə görə gömrük borcu istənilən maraqlı şəxs tərəfindənödənilə bilərdi. Bu isə dəqiqləşdirmənin aparılmasını zərurietmişdi.
Trend xəbər verir ki, bunu Milli Məclisinİqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü VüqarBayramov sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, gömrük bəyannaməsinin təsdiqi nəticəsində bəyanedən şəxsin üzərinə gömrük ödənişlərinin ödənilməsi öhdəliyininqoyulduğunu, bu ödənişin ödənilmədiyi təqdirdə gömrük borcununyarandığını, habelə beynəlxalq təcrübədə də hüquqi tənzimlənmənin“istənilən maraqlı şəxs” kimi qeyri-müəyyən deyil, “məsul olanistənilən şəxs” kimi məsuliyyəti özündə ehtiva edən ifadə iləaparıldığını nəzərə alaraq Məcəllədə müvafiq dəyişikliklərinedilməsinə ehtiyac duyuldu.
"Bununla da, dəyişiklik gömrük borcunun istənilən maraqlı şəxstərəfindən deyil, hesablanmış gömrük ödənişləri üzrə borclu olanşəxs tərəfindən və ya bu məcəllədə tutulmuş üsullardan, yəni,girov, bank qarantiyası, ödənilməli olan məbləğin gömrük orqanınındepozit hesabına köçürülməsi, sığorta müqavilələri, üçüncü şəxsinzaminliyi, avans ödəmələr istifadə etməklə təminat verildikdə,həmin təminat üzrə öhdəlik daşıyan şəxslər tərəfindən ödənilməsininəzərdə tutur.
Yeni dəyişikliklərlə gömrük orqanları tərəfindən hesablanmışgömrük ödənişləri, dəbbə pulu və faizlər üzrə gömrük borcununborclu şəxs tərəfindən ödənilməsi prosesi tənzimlənəcək, şəxsləringömrük və vergi qanunvericiliyinə riayət etməsi təmin ediləcək.
Bütövlükdə, yeni dəyişikliklərlə başqasının gömrük borcunuödəmək daha mümkün olmayacaq. Bu qaydalar sahibkarlıq fəaliyyətiilə məşğul olan şəxslərə şamil olunacaq. Digər şəxslərlə bağlıödəniş qaydaları əvvəlki kimi saxlanılır", - deyə deputat əlavəedib.