AZ

Yaponlar “Barselona”nı aldatdı: Oyun ləğv edildi

“Barselona” Yaponiyada “Vissel Kobe” ilə keçirilməsi planlaşdırılan yoldaşlıq oyununu ləğv edib.

Publika.az xəbər verir ki, bu barədə Kataloniya klubu rəsmi açıqlama yayıb.

Bildirilir ki, bu qərar tədbirin təşkilatçısı tərəfindən müqavilə öhdəliklərinin ciddi şəkildə pozulması səbəbindən verilib. “Vissel Kobe” ilə qarşılaşma iyulun 27-də baş tutmalı idi.

“Barselona”nın bundan başqa Cənubi Koreyada iki oyunu planlaşdırılıb. İyulun 31-də “Seul”, 4 gün sonra isə “Dequ” komandaları ilə görüş keçiriləcək. Əgər təşkilatçı müəyyən şərtləri yerinə yetirərsə, komanda yaxın günlərdə Cənubi Koreyaya yola düşəcək.

Seçilən
59
publika.az

1Mənbələr