AZ

Orxan İbadov: ““Yüksəliş” müsabiqəsi çox lazımsız müsabiqədir”

““Yüksəliş” müsabiqəsi çox lazımsız müsabiqədir. Əvvəla, elə bir görüntü yaranır, sanki dövlətdə işləmək ən ideal iş yeridir. Hamımız bilirik ki, belə deyil. Dünyada inkişafı irəli aparan özəl sektordur, xüsusilə, indiki dövrdə özəl sektorun əhəmiyyəti daha yüksəkdir”.

 

Pravda.az xəbər verir ki, bu sözləri yaddaş mütəxəssisi və təlimçi Orxan İbadov deyib.

 

O hesab edir ki, savadlı insan, yüksək ixtisaslı menecer və ya kadr dövlətdə yox, özəldə işləməlidir: “Ən azından xaricdə belədir. İkincisi, burada rəqabət qaydaları pozulur. Dövlət öz resurslarından istifadə edir və yarış təşkil edir. Bunu özəl sektor edə bilmir. Rəqabət qaydalarını pozduğuna görə dövlət ən yaxşı kadrları özünə götürür. Bu həm də inciklik yaradır. Müsabiqənin qalibləri sonra hansısa dövlət qurumunun rəhbərini yanına gedirlər və mentorluq keçirlər. Sual budur ki, onun mentorluq keçdiyi adam özü uğurlu insandırmı ki, dərs keçir? Məsələn, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi. Məgər bu qədərmi rəqəmsal inkişaf etmişik ki, ondan kimsə örnək götürsün? Yaxud Elm və Təhsil Nazirliyi. Ən əsası da nə qədər imtahan olar? Universitetə daxil olursan, imtahan, bitirirsən, imtahan... Dövlət qurumuna daxil olmaq, dövlət qurumunda qalmaq, yüksəlmək üçün imtahan... Məncə, bunlar çox mənasızdır və inkişafa aparmır”.

 

Aytəkin Qardaşova

Tarix: 24 İyul 2025, 09:39   
Seçilən
72
pravda.az

1Mənbələr